DÜNYA
Çində sərnişin təyyarəsi qəzaya uğrayıb VİDEO
Pekin, 21 mart, AZƏRTAC
Çinin “China Eastern” şirkətinə məxsus sərnişin təyyarəsi Quansi Cuan muxtar bölgəsində qəzaya uğrayıb.
AZƏRTAC Çin Mülki Aviasiya İdarəsinin məlumatına istinadla xəbər verir ki, içərisində 123 sərnişin və 9 heyət üzvünün olduğu “Boeing-737” tipli təyyarə Kunmin şəhərindən yerli vaxtla saat 13:15-də havaya qalxıb. Quancou şəhərinə uçan təyyarə havaya qalxdıqdan təxminən 1 saat 10 dəqiqə sonra radarlardan itib. Altı ildir istifadədə olan təyyarə Tensiən rayonunda dağa çırpılıb və yanğın yaranıb. Hazırda qəza yerində axtarış-xilasetmə işləri aparılır.
Qəzanın səbəbləri hələ dəqiq bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]