Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir

COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir

Bakı, 1 iyun, AZƏRTAC

Dünyanı bürüyən, artıq birinci mərhələsi başa çatan, hətta bəzi ölkələrdə ikinci dalğası müşahidə olunan, sosial və iqtisadi fəsadları getdikcə dərinləşən koronavirus pandemiyası hər bir ölkə üçün sınaq oldu. Təbii ki, hər bir dövlət bu sınaqdan az itki ilə çıxmaq üçün malik olduğu imkanlara, təcrübəyə uyğun addımlar atır. Reallıq budur ki, əksər dünya ölkələrində koronavirus pandemiyasının istər insanların sağlamlığına, istərsə də iqtisadiyyata vurduğu zərbələr ölçüyəgəlməz dərəcədə böyükdür. Gündən-günə yoluxma və ölüm hallarının artması bir siqnal, çağırışdır. Epidemiya başlayan gündən etibarən hər zaman olduğu kimi, Azərbaycan yenə də öz təkmil təcrübəsi ilə dünyanın diqqətində oldu. Ölkə daxilində, eyni zamanda, beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin məsələyə dərhal adekvat reaksiya verdiyini və bundan uğurla çıxmaq üçün təkmil yollar axtardığını ortaya qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, istənilən məsələnin həllində başlanğıc mərhələ önəmli rol oynayır. Azərbaycanın ilk gündən atdığı addımların təqdir olunması, Ümumdünya Səhiyyə Təşkilatının rəsmilərinin görülən işləri yüksək dəyərləndirmələri səbəbsiz deyil. “Koronavirusla bağlı ölkələr indi özlərini təcrid ediblər, bu da təbiidir. Biz indi görürük ki, hətta bir-birinə çox yaxın olan ölkələr, təşkilatlar, artıq hərə öz problemlərini həll edir və müxtəlif ölkələrdə bu məsələyə yanaşma da fərqlidir. Hesab edirəm ki, bizim yanaşmamız ən geniş və ən düzgün yanaşmadır”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev vurğulayır ki, ilk növbədə, qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xəstəliyin geniş yayılmaması üçün addımların atılması əsas idi. Vətəndaşlardan daha məsuliyyətli olmaq tələb edilirdi. Dünya miqyasında müqayisə apardıqda Azərbaycanda vəziyyətin daha yaxşı olduğu diqqətdən kənarda qalmır. Məhz bunun nəticəsidir ki, ölkəmiz birinci mərhələni az itki ilə başa vurdu. Amma bu, o demək deyil ki, pandemiya sona çatıb. Onun ikinci dalğasının baş verməsi qaçılmazdır. Bunun üçün qabaqlayıcı tədbirlərin davam etdirilməsi bu günümüzün əsas tələbləri sırasındandır.

O deyib: “Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün çağırışlarında vətəndaş məsuliyyəti əsas yer tutur. Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza dəfələrlə etdiyi müraciətində bildirir ki, vaxtında görülmüş və düşünülmüş tədbirlər sayəsində ölkəmiz özünü həqiqətən də faciəli ssenaridən qurtara bildi: “Çətin sınaq günlərində xalqımız bir daha ən yaxşı xüsusiyyətlərini nümayiş etdirdi və bu, sonsuz təşəkkürə layiqdir. Biz öz Vətənimizin təhlükəsizliyinin qayğısına qalırdıq və qalırıq, təhlükəyə qarşı yenilməz birlik nümayiş etdiririk”. Bu inam da ifadə olunur ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik”.

Baş redaktor bildirib ki, ölkəmizdə koronavirus pandemiyasına yoluxanların müalicəsinin lazımi səviyyədə təşkili görülən qabaqlayıcı tədbirlərlə yanaşı, Azərbaycanın səhiyyə sisteminin təkmilliyinə də aydınlıq gətirir. 20 xəstəxana koronavirus xəstələrinin ixtiyarına verilib ki, onlar ən müasir avadanlıqlarla təchiz edilib. Pandemiya dövründə Bakıda 575 çarpayılıq “Yeni klinika” tibb müəssisəsi, digər 3 şəhərdə ümumi çarpayı sayı 500-dən artıq olan yeni xəstəxanalar istifadəyə verilib. Qısa müddətdə 6-sı dövlət, 4-ü özəl sahibkarlar tərəfindən tikilməkdə olan, hər biri 200 çarpayılıq 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulub. Artıq onlardan biri istifadəyə verilib. Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110 milyon manatdan çox ianə toplanıb ki, bu da xəstələrin müalicəsi üçün zəruri olan bütün imkanların yaradılmasına yönəldilib. Dövlətimizin başçısı İlham Əliyev bu mübarizədə əsas məsuliyyətin həkimlərin üzərinə düşdüyünü xüsusi vurğulayır. Sağlamlığımızın keşiyində dayanan həkimlərimizin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir və alqışlanır. “Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər”, - söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək. Ölkəmizin müasir memarlıq rəmzlərindən biri olan “Alov qüllələri”ndə də həkimlərə münasibət öz aydın ifadəsini tapıb.

Qeyd olunub ki, dövlətimizin vətəndaşlarını koronavirus pandemiyasından etibarlı müdafiəsini təşkil etmək istiqamətində atdığı addımlar dövlət-vətəndaş birliyinin vacibliyini təsdiqləyir. Bu çağırışlar günümüzün əsas tələbinə çevrilib. “Özümüzü qoruyaq, böyüklərimizə sahib çıxaq, əzizlərimizə dəstək olaq. Bu dəstək üçün təbii ki, ehtiyac olmadığı təqdirdə evdə qalmağımız, səbəbsiz yerə küçəyə çıxmamağımız tələb olunur. Bu halda özümüzlə yanaşı, doğmalarımızı, ətrafımızdakı insanları virusa yoluxmadan qoruyar, onların sağlamlığına vətəndaş kimi dəstək olarıq”, - söyləyən baş redaktor vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin qaydalarını sərtləşdirməsi, yaxud yumşaltması da vətəndaşların sağlamlığının təminatında, eyni zamanda, onların əvvəlki həyata qayıtmalarında əhəmiyyətli rol oynayır. Karantin qaydalarının zaman-zaman yumşaldılması müəyyən dövr üçün statistik rəqəmlərə əsaslanır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 24 martdan elan edilən karantin qaydalarında yaşı 65-dən çox olan şəxslərin evdə qalması məsləhəti böyüklərimizə olan diqqətin bariz nümunəsi kimi dəyərləndirildi. Hətta dövlətimizin başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxıldı. Həmçinin yaşı 65-dən çox olan tənha şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər göstərilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağıraraq bildirir ki, böyüklərinizi qoruyun. Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəlikdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Onu da qeyd edək ki, karantin qaydalarının yumşaldılmasında yer alan mühüm məqamlardan biri də yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün qadağalar may ayının 18-dən götürüldü. Amma bununla yanaşı, belə bir çağırış edildi ki, ehtiyac duyulduğu təqdirdə evdən çıxmaq gərəkdir.

V.Rəhimzadə bu məqamı təəssüf hissi ilə vurğulayıb ki, karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaqda çətinliklər yaranıb. Təbii ki, buna səbəb insanlarda arxayınlıq hissinin yaranması, pandemiyanın ümumiyyətlə, yoxa çıxması barədə təəssüratların formalaşmasıdır. Bugünkü gündə maarifləndirmə işlərinin daha da genişləndirilməsinə böyük ehtiyac vardır. Prezident İlham Əliyev bildirir: “Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz”. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır.

“Bu gün hər kəs maarifləndirmə işinin fəal iştirakçısı olmalıdır”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə çağırmalıdır. Nəzərə alaq ki, ölkəmiz pandemiya dövründə digər tədbirlərlə yanaşı, tibbi maska çatışmazlığının yaşanmaması üçün iki müəssisənin istifadəyə verilməsinə nail oldu. Müsbət nəticələrin davamlılığını təmin etmək üçün maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Koronavirus infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, həmçinin bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.

V.Rəhimzadə qeyd edib ki, sosial məsuliyyətin artırılması, ictimai nəzarətin gücləndirilməsi bütün cəza tədbirlərinin ən önəmlisidir. Hər kəs özünə və doğmalarına, ətrafındakı insanlara diqqət, qayğısını nizam-intizam qaydalarına riayət etməklə nümayiş etdirə bilər. Sosial məsafənin qorunması, tibbi maskalardan istifadə edilməsi, gigiyena qaydalarına əməl olunması bu dəstəyimizin ən yüksək ifadəsi olar. Artıq ölkəmizdə də epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə cərimələr müəyyənləşdirilib. Bu cərimələr sosial məsuliyyət hissinin artırılmasına necə təsir göstərəcək, bunu növbəti dəfə açıqlanacaq statistik rəqəmlər göstərəcək. Reallıq budur ki, Azərbaycan pandemiya təcrübəsi ilə dünyaya nümunədir. Dünyaya birlik, həmrəylik çağırışını edən və bunu əməldə təsdiqləyən Azərbaycan daxildəki birliyimiz ilə də nümunədir. “Biz birlikdə güclüyük!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

Növbəti köç karvanı Füzuliyə çatıb

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur