DÜNYA
COVID-19-un beta variantına qarşı vaksinin sınaqları başlanıb
Madrid, 28 iyun, AZƏRTAC
Böyük Britaniyanın Oksford Universitetində “AstraZeneca” şirkətinin istehsal etdiyi yeni vaksinin test yoxlaması başlanıb. Bu vaksin koronavirusun ilk dəfə Cənubi Afrikada yaranmış beta variantından qorunmaq üçün yaradılıb.
AZƏRTAC xəbər verir ki, Britaniya Universiteti və İngiltərə-İsveç laboratoriyası bu klinik sınağın 2-ci və 3-cü mərhələlərini insanlar üzərində həyata keçirmək üçün Böyük Britaniya, Cənubi Afrika, Braziliya və Polşada 2500 könüllü toplamaq niyyətindədirlər.
Vaksinin prototipində istifadə olunan texnologiya hazırda “AstraZeneca” preparatında virus əleyhinə tətbiq edilən “virus vektoru” texnologiyasıdır.
Yeni vaksini yaradanlar cari ildə bu sınaqlar barədə ilkin məlumatlar toplamaq və onları tənzimləyici orqanın müzakirəsinə təqdim etmək fikrindədirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid