ELM VƏ TƏHSİL


Cari ildə 135 min şagird STEAM tədrisə cəlb olunub

Cari ildə 135 min şagird STEAM tədrisə cəlb olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi STEAM layihəsinin 2022-ci il üzrə statistikasını açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ildə STEAM layihəsi 318 ümumtəhsil məktəbi və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 minə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlayıb.

Dekabrın 5-dən 9-dək STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar və 1 kateqoriya üzrə innovativ sərgi təşkil edilib. 7 ölkədən 127 əcnəbi iştirakçının da qatıldığı festivalda ümumilikdə 1 500-dən çox iştirakçı olub.

Qeyd edək ki, ötən il layihə 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91 minə yaxın şagird STEAM tədrisinə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.