İQTİSADİYYAT
Cari ildə 50,4 min ton azot gübrəsi ixrac edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
Yanvar-aprel aylarında ölkədən 50 min 438 ton azot gübrəsi ixrac edilib. İxrac edilən azot gübrəsinin dəyəri isə 7 milyon 365,2 min ABŞ dolları olub. May-avqust aylarında isə azot gübrəsi ixracı həyata keçirilməyib.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Qeyd edək ki, keçən il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR karbamid” zavodu istifadəyə verilib. Zavod ildə 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə 650-660 min ton karbamid məhsulu (azot gübrəsi) istehsal etmək gücündədir. İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollaradək əlavə gəlirin daxil olmasına imkan verəcək. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro cəlb olunub.