İQTİSADİYYAT


Cari ildə Bakıda 363 milyon manatlıq hazır metal məmulatları istehsal olunub

Bakı, 1dekabr, AZƏRTAC 

Bu ilin yanvar-oktyabr aylarında paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 363,1 milyon manatlıq məhsul istehsal edilib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesində 33,4 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 23,4 faiz azalma müşahidə olunub.

Əvvəlki ilin müvafiq dövrünə nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 17,4 faiz, armaturun istehsalı 31,1 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil və kabellərin istehsalı 18,6 faiz, qara metallardan digər konstruksiyaların istehsalı isə 76,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.