İDMAN
Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirinə bu gün yekun vurulacaq
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Cəbəllütariqdə təşkil edilən beynəlxalq şahmat festivalının “Masters” turnirində onuncu turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yanvarın 30-da keçiriləcək sonuncu turda Azərbaycan şahmatçılarından Vasif Durarbəyli çinli idmançı Tinji Ley, Günay Məmmədzadə norveçli Olqa Doljikova ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən turların nəticəsinə görə, V.Durarbəyli 5,5 xal, G.Məmmədzadə 4 xal toplayıblar. V.Durarbəyli bu göstəriciyə görə 44-cü, G.Məmmədzadə isə 153-cü sıradadırlar.
Turnir cədvəlinə 7 xalla rusiyalı Andrey Yesipenko başçılıq edir. On turdan ibarət “Masters” turnirinə 241 şahmatçı, o cümlədən 116 qrossmeyster qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]