Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi

Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən silsilə tədbirlərlə qeyd edilir. Eyni zamanda, ədibin yaradıcılığı ədəbiyyatşünas alimlər tərəfindən yenidən tədqiq olunur, onun haqqında elmi məqalələr yazılır.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovun “Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi” sərlövhəli məqaləsini təqdim edir.

Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” məcmuəsinin 1925-ci il 23 may tarixli nömrəsində dərc olunan “Füzuli” başlıqlı məqaləsində yazırdı: “Füzuli “Molla Nəsrəddin”in birinci nömrəsindən başlayıb bu günə qədər məcmuəmizdə iştirak edib və şeirlər yazıbdır. Füzuli bizim məcmuəmizdə işləyir. Yenə də işləyəcəkdir”. Mirzə Cəlil bu sözləri “Molla Nəsrəddin”ə münasibətdə deyirdi. Biz isə belə bir cəsarətli fikri irəli sürmək istəyirik ki, Füzuli Mirzə Cəlilin yaradıcılığa başladığı gündən hər zaman onun qələm məsləkdaşı, məfkurə yoldaşı olub. Düzdür, Cəlil Məmmədquluzadə Füzuli ədəbi məktəbinin davamçısı olmayıb, lakin Füzulini diqqətlə öyrənib, ondan bəhrələnib.

Cəlil Məmmədquluzadə həmin məqalədə onu da qeyd edirdi ki: “(“Molla Nəsrəddin”də) hansı şeirə baxsanız, görəcəksiniz ki, onda Füzulidən bir duz vardır”. Böyük ədib bu fikrini məcmuədə dərc olunan poetik əsərlər haqqında deyirdi. Biz isə həmin faktı genişləndirib demək istəyirik ki, Mirzə Cəlilin yaradıcılığı da elə Füzulinin sənət idealının yeni məcrada, yeni biçimdə davamı idi. Sadəcə, dövr başqa idi, tələblər özgə idi. Sənətkarların həyata baxışları isə dəyişməmişdi, hadisələrə verilən qiymət eyni idi.

İndi isə Cəlil Məmmədquluzadə və Füzuli ədəbi irsi arasında paralellər aparmağa çalışaq:

-Hər iki sənətkar mövcud reallığın alleqorik dərkində bir-birinə çox yaxınlaşır. Həm Füzuli, həm də Mirzə Cəlil yaradıcılığın ilk mərhələsində həyat hadisələrinin alleqorik təsvirinə müraciət edir. Belə ki, Cəlil Məmmədquluzadənin “Çay dəsgahı” alleqorik dramı forma və üslub cəhətdən Füzuli alleqoriyalarını xatırladır. Bu əsərdə müxtəlif zümrələri təmsil edən Samovar, Podnos, Çaynik, Stəkan, Nəlbəki, Çay qaşığı və digərlərinin dialoqları Füzulinin “Söhbət ül-əsmar” münazirəsindəki Aluçə, Gilas, Zərdalu, Alma, Badam, Qovun, Qarpız kimi şərti alleqorik obrazların mübahisəsini xatırladır.

-İki sənətkarın yaratdığı obrazlar arasında müəyyən mənada yaxınlıq var. Məsələn, Cəlil Məmmədquluzadə “Anamın kitabı” pyesində Rüstəm bəy, Mirzə Məhəmmədəli, Səməd Vahid surətlərində müxtəlif dünyagörüşünə malik zümrələrin nümayəndələrinin həm müsbət, həm də mənfi cəhətlərini təsvir etməklə onlardan heç birinə üstünlük vermir, onları bərabərləşdirir. Füzuli isə “Rindü Zahid” əsərində bir-birinə müxalif və zidd qütbü – riyakar Zahidlə zinakar Rindin nöqsan və məziyyətlərini açıqlayaraq onları eyniləşdirir.

-İstər Cəlil Məmmədquluzadə, istərsə də Məhəmməd Füzuli öz əsərlərində dövrə, köhnə adət-ənənələrə müxalif olan baş qəhrəman yaradıblar. “Ölülər” tragikomediyasında İsgəndər, “Leyli və Məcnun” poemasında Qeys “hələ çox qüvvətli olan” köhnə adət-ənənələrə qarşı mübarizə aparır, yeni əsrin ruhu ilə nəfəs alırlar.

“Ölülər” əsərində Hacı Həsən ağa və Kərbəlayı Fatma özləri də bilmədən qızlarını bədbəxt edirlər. “Leyli və Məcnun”da da oxşar mənzərə ilə rastlaşırıq. Bu əsərdəki ata və ana da köhnə adət-ənənələrin tələblərindən çıxış edərək öz övladlarının faciəsinə səbəb olurlar.

Cəlil Məmmədquluzadənin “Ölülər”ində də, Məhəmməd Füzulinin “Leyli və Məcnun”unda İsgəndərin sözü, Nofəllərin qılıncı dövrün ədalətsiz tələbləri qarşısında gücsüz görünür.

- Hər iki sənətkar musiqinin insan ruhuna sirayətini dərindən dərk edir. Füzuli “Yeddi cam” əsərində çalğı alətlərinin ecazkar təsirini, musiqinin idraki əhəmiyyətini bəlağətli dillə ifadə edir, Cəlil Məmmədquluzadə də “Kamança” pyesində bu musiqi alətinin nəvalı sədasının insan şüuruna psixoloji təsirini verməyə müvəffəq olur.

Beləliklə, ilk baxışda Füzuli və Cəlil Məmmədquluzadə irsi arasında oxşar xüsusiyyətlər görmək mümkün deyilsə də, bu iki sənətkarın irsini diqqətlə araşdırdıqda onların yaradıcılıqları arasında müəyyən uyğun cəhətlər nəzərə çarpır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir- MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-ün tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb