Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Cənub bölgəsində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub

Astara-Lənkəran-Masallı-Cəlilabad-Lerik, 20 yanvar, Bağır Əliyev, AZƏRTAC 

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi. Həmin faciədə həlak olan Vətən oğulları şəhidliyi ilə tarixə parlaq səhifə yazdılar.

Qanlı Yanvar gecəsində imperiya ordusunun vəhşiliyi nəticəsində 147 nəfər əliyalın, günahsız insan amansızlıqla qətlə yetirilib, 744 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib.

Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin təmsilçiləri və şəhər sakinləri “Şəhidlər” abidə-kompleksinin önünə əklil və gül dəstələri düzüblər. Burada şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdə bildirilib ki, böyük itkilərlə, günahsız insanların qətli ilə tarixə düşən 20 Yanvar faciəsi, Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərlərinin Azərbaycana qarşı xəyanətini, öz azadlığına, müstəqilliyinə qalxan xalqın isə mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.

Diqqətə çatdırılıb ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralı idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.

Mərasim iştirakçıları 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sərgi ilə tanış olublar.

Ümumxalq Hüzn Günü ilə əlaqədar rayonun ərazisində dövlət bayraqları endirilib, saat 12.00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

X X X

Xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da dərin hüznlə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, səhər saatlarından Şəhidlər xiyabanında böyük izdiham var idi. Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyətin təmsilçiləri abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində isə kinorejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi nümayiş olunub.

 

X X X

 

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Masallı rayonunda bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirlərin yekunu olaraq “Qəhrəmanlar parkı”nda, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksinin önündə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, məktəblilər, ziyalılar, ikinci Dünya və Qarabağ müharibəsinin veteranları, ictimaiyyətin təmsilçiləri 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər gül dəstələri düzərək onların xatirəsini ehtiramla yad ediblər. Burada şəhidlərin ruhuna dualar oxunub.

Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

X X X

 

Ümumxalq Hüzn Günü ilə əlaqədar Cəlilabad şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların və ictimaiyyətin nümayəndələri şəhidlərin rəsmlərinin həkk olunduğu mərmər lövhələrin önünə əklillər və tər qərənfillər düzüblər.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov xalqımıza qarşı törədilən Qanlı Yanvar faciəsinin baş vermə səbəbləri barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində dağılmaqda olan sovet imperiyası öz ömrünü uzatmaq, müstəqillik uğrunda mübarizəyə qalxmış xalqları bu mübarizədən çəkindirmək üçün qanlı qırğınlar törətməkdən belə çəkinməyib. Belə qanlı hadisələrdən biri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilib.

Mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə müqəddəs “Qurani Kərim”dən ayələr oxunub, ehsan verilib, 20 Yanvar və şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə maddi yardımlar edilib.

 

X X X

 

20 Yanvar şəhidlərinin xatirəsi Lerik şəhərində də anılıb. Bu münasibətlə “Şəhidlər” abidə-kompleksinin önündə ümumrayon tədbiri keçirilib.

Mərasimdə qeyd olunub ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə törədilmiş hadisədən 26 il ötür. Bu hadisə keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Sonra abidə-kompleksinin önünə tər gül-çiçək dəstələri düzülüb.

Anım mərasimi rayon mədəniyyət mərkəzi və şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirirlər YENİLƏNƏCƏK CANLI

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir