Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Ceyhun Məmmədov: Əminik ki, samboçularımız Azərbaycan idmanının inkişafına yeni töhfələr verəcəklər

İlk Avropa Oyunlarının vətəni olan Azərbaycanı ikinci Avropa Oyunlarında yüksək səviyyədə təmsil etməyə çalışacağıq

Bakı, 17 noyabr, AZƏRTAC

Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri də sambo güləşidir. Sambo tarixinə adı qızıl hərflərlə yazılmış doqquzqat dünya, altıqat Avropa çempionu Ceyhun Məmmədov, beşqat dünya çempionu Zülfiyyə Hüseynova ilə yanaşı, dünya və Avropa çempionları, dünya kubokunun qalibləri Mövlud Mirəliyev, Şahmuraz Qasımov, Hakim Nəzərəliyev, Qalib Hümbətov, Sehriman Ağayev, Elçin Mayilov, Elşən Poladov, İntiqam Əzizov, Azər Cəfərov, Tərlan Poladov, Elşən Rəşidov, Bəxtiyar Hacıyev, İslam Qasımov və başqalarının qazandıqları böyük nailiyyətlər ölkəmizdə idmanın bu növündə güclü potensialın olduğunu göstərir.

AZƏRTAC-ın müxbiri Azərbaycan Sambo Federasiyasının prezidenti, Avropa Sambo Federasiyasının vitse-prezidenti, Əməkdar idman xadimi, “Şöhrət” ordenli Ceyhun Məmmədovla görüşərək bu idman növünün ölkəmizdə inkişafı, başa çatmaqda olan ildə əl ərzində edilən nailiyyətlər, perspektivlərlə bağlı müsahibə alıb. Müsahibəni təqdim edirik.

- Ceyhun müəllim, dünyanın ən güclü idman ölkələrindən biri olan Azərbaycan, həm də adlı-sanlı samboçular yetişdirib. Müasir idman tariximizdə sambonun inkişafı ilə bağlı hansı perspektivlər var?

- Sambo güləşi üzrə ən parlaq nailiyyətlər Azərbaycanın müstəqilliyini bərpa etdiyi müasir dövrdə qazanılıb. Bu da təsadüfi deyil. Dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğı sambonun tərəqqisi üçün də geniş üfüqlər açıb. Kütləviliyin təmin edilməsi uğurların davamlı olması üçün böyük imkanlar yaradıb. Uşaq və yeniyetmələr bu idman növünə sonsuz həvəs göstərirlər. Birinci Avropa Oyunlarından sonra bu maraq daha da artıb. Ümumiyyətlə, Avropada sambo çox populyardır və onun əhatə dairəsinin getdikcə genişlənməsi müasir idmanda sambonun böyük perspektivlərindən xəbər verir.

Sambonun mənası silahsız özünü müdafiə anlamını verir. Onun sirlərinə yiyələnən hər bir uşaq və yeniyetmədə özünəinam, əminlik yaranır. Son 15 ildə qazanılmış nəticələrə nəzər salsaq, görərik ki, elə bir beynəlxalq yarış olmayıb ki, pəhləvanlarımız oradan medalsız qayıtsınlar.

- Sambonun ölkəmizdə coğrafiyasının genişlənməsi və kütləviliyin təmin edilməsi baxımından görülən işlərlə bağlı məlumat verərdiniz. Qızlar arasında bu idman növünün inkişafı qənaətbəxşdirmi?

- Gəncə, Siyəzən, Mingəçevirdə bu idman növünün coğrafiyası bir az da genişlənib. Cənub rayonlarında, eləcə də Bakıətrafı rayonlarda yeni bölmələr açmağı planlaşdırırıq. Ümumiyyətlə, perspektivdə yeni bazaların qurulması, sambo akademiyasının təşkili ilə bağlı planlar var.

Qızların sambo ilə məşğul olması üçün də müəyyən addımlar atılır. Bildiyiniz kimi, birinci Avropa Oyunlarında qazanılan 4 gümüş medaldan biri qadınların payına düşüb. Yığma komandalarda aşağı yaş qruplarında qızlarımızın bu idman növünün sirlərinə yiyələnməsi üçün bir sıra tədbirlər planlaşdırılır. Çalışacağıq ki, kişilərdə olduğu kimi, qızlar arasında da yüksək nailiyyət əldə edənlərin sayı artsın.

- 2019-cu ildə Avropa qitəsinin ən nüfuzlu idman yarışları olan ikinci Avropa Oyunları keçiriləcək. Oyunlarda iştirak edəcək samboçular müəyyən edilibmi?

- Birinci Avropa Oyunlarında qadınlar və kişilər 4 çəki dərəcəsində mübarizə aparıblar. Növbəti oyunlarda isə həm kişilər, həm də qadınlar 9 çəki dərəcəsi üzrə qüvvələrini sınayacaqlar. Artıq lisenziya xarakterli yarışlar başa çatır. Dekabrın 15-də Avropa kubokundan sonra yeni reytinq cədvəlinə əsasən, oyunlarda iştirak edəcək idmançıların adlarına aydınlıq gələcək. Hesablamalarımıza görə, kişilər arasında 6 çəki dərəcəsi üzrə (52, 57, 62, 68, 74, 82 kq) lisenziyalar, demək olar ki, təmin edilib. Oyunlarda yüksək nəticələr əldə etmək üçün yığma komanda ilə mütəmadi təlim-məşqlər keçirilir. İlk Avropa Oyunlarında samboçularımız - Nəzakət Xəlilova (52 kq), İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100) gümüş medal qazanıblar. Avropa Oyunlarının vətəni olan Azərbaycanı növbəti yarışlarda ən yüksək səviyyədə təmsil etməyə çalışacağıq.

- Başa çatmaqda olan il samboçularımız üçün hansı uğurlarla yadda qalacaq?

- Bu ilin əvvəlindən indiyə qədər beynəlxalq arenalarda keçirilən yarışlarda idmançılarımız ölkəmizi layiqincə təmsil etməyə çalışıblar. Bu ilin martında Moskvada keçirilən Dünya Kubokunda Mehman Xəlilov (57 kq), Emil Həsənov (68 kq) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Bir ay sonra yeniyetmələr və gənclər arasında Çexiyada keçirilən Avropa birinciliyində gənclərdə Eyvaz Baxşıyev (57 kq), yeniyetmələr arasında Vüqar Ağcayevin (75 kq) finalda mübarizə aparmaları, Vilayət Bayramovun (60 kq) bürünc medal qazanması yaxşı nəticədir.

Lisenziya xarakterli A kateqoriyalı beynəlxalq turnirlərdə xalça ustalarımızın uğurlarını xüsusi qeyd etmək istəyirəm. Eyni zamanda, digər beynəlxalq turnirlərdə nəticələr də qənaətbəxşdir. Bu ilin mayında qitə çempionatında təmsilçilərimiz idman sambosu üzrə 3, döyüş sambosu üzrə 1 bürünc medal qazanıblar.

Yeniyetmələr və gənclər arasında dünya birinciliyində isə gənc idmançımız Eyvaz Baxşıyev (57 kq) yüksək nəticəyə imza atıb. Bu yarışda rəqib tanımayan samboçunun güclü potensialı var və ona böyük ümidlər bəsləyirik. Gənclər arasında daha bir idmançımızın - Fuad Məmmədovun (62 kq) finalda mübarizə aparması onun da perspektivlərinin böyük olduğunu göstərir. Yeniyetmə idmançılarımız isə nüfuzlu turnirdə 4 bürünc medal qazanıblar.

Bir həftə bundan əvvəl yığma komandamız Buxarestdə 80-dən çox ölkədən samboçuların iştirak etdikləri dünya çempionatında qüvvəsini sınayıb. Emil Həsənov (68 kq) mundialda gümüş medal qazanıb. O, bu il Dünya Kubokunun qalibi və bir sıra beynəlxalq yarışların qalib və mükafatçısı olub.

Ümumiyyətlə, builki nəticələr sübut edir ki, yeniyetmələr, gənclər və böyüklərdən ibarət yığma komandalarımızda güclü potensiala malik samboçularımız mübarizə aparırlar. Şübhəsiz, bu nəticələri gələcəkdə daha da yaxşılaşdırmaqla bağlı görülən işlər davam edəcək. Əminik ki, samboçularımız Azərbaycan idmanının inkişafına yeni töhfələr verəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk şirkəti Azərbaycanda zəlzələ risklərini modelləşdirməyi planlaşdırır

Bakı Təşəbbüs Qrupunun BMT-nin mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçiriləcək

Avro-2024: Almaniya millisi növbəti qələbəsini qazanıb

Almatıda “Aybın” gənclərin X Beynəlxalq hərbi-vətənpərvərlik toplanışına start verilib VİDEO

Cənubi Koreyada fövqəladə demoqrafik vəziyyət elan edilib

Ermənistan KTMT-nin Xarici İşlər Nazirləri Şurasının Almatı iclasında iştirak etməyəcək

Avropa İttifaqı Aİ–Azərbaycan Təhlükəsizlik Dialoqunun 5-ci raundu ilə bağlı tərəflərin birgə bəyanatını yayıb

Keniyanın dövlət televiziyası neokolonializmə qarşı Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən bəhs edən reportaj hazırlayıb

Füzuli-Ağdam yolunda baş verən qəzada iki nəfər ölüb

Malayziya nəşrində “Azərbaycan və COP29” başlıqlı məqalə yayımlanıb

Rusiya Prezidentinin KXDR-ə səfəri başa çatıb

Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb VİDEO

FHN-in nümayəndə heyəti Belarusda səfərdədir VİDEO

Naxçıvanda Qərbi Azərbaycanla bağlı yeni kitab və jurnalın təqdimatı olub

Sabirabadda yanğın zamanı iribuynuzlu heyvanlar tələf olub VİDEO

Mal-qaranın güzəştli sığortası başlayıb - sığorta haqqının 50 faizini dövlət ödəyir

RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

Ukraynada hərbi polis yaradılır

Misirdən olan 600 zəvvar Həcc ziyarəti zamanı istidən dünyasını dəyişib

Avro-2024: Xorvatiya-Albaniya oyununda qalib müəyyənləşməyib

Paytaxtda bəzi yollarda sıxlıq müşahidə olunur

Qurban Qurbanov: Çempionlar Liqasındakı ilk matça psixoloji baxımdan tam hazır olmağa çalışmalıyıq

Aİ Ukraynadan yumurta idxalına kvota və rüsumları bərpa edəcək

“Sabah”ın baş məşqçisi: Rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik

“Sumqayıt”ın baş məşqçisi: “Fehervar”la oyunda sərfəli nəticə əldə edib, səfərə rahat yollanmaq istəyirik

Polşanın Baltik sahillərində NATO-nun taktiki təlimləri başlayıb

Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub

Çadda partlayış nəticəsində 9 nəfər ölüb, 46 nəfər yaralanıb

XİN: Ermənistan təxribatlar və manipulyasiya dolu fikirlər əvəzinə, sülh prosesinə töhfə verməlidir VİDEO

Azərbaycan beynəlxalq multiidman turnirində 14 cüdoçu ilə təmsil olunacaq

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində günün sonuncu panel iclası təşkil edilib

® BYD: Elektrikli Avtomobillər və Sürətli İnkişaf

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri müəyyənləşib

Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub

Xorvatiyanın sabiq Prezidenti: Daha yaxşı gələcək üçün biz siyasətçilər də əlimizdən gələni edirik

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

TƏBİB: 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb

Yan Fişer: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə önəmli işlər görür

Rusiya XİN: Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir

Emmanuel Makronun nüfuzdan düşməsi onun partiyasından olan deputatlara mənfi təsir edir

Azərbaycanın iki avarçəkəni Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb VİDEO

Putin KXDR ilə hərbi-texniki əməkdaşlığın mümkünlüyünü istisna etmir

Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub  YENİLƏNİB-2 VİDEO

Avropa Liqası: “Zirə”nin potensial rəqibi məlum olub

Riçard Verma: Biz Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik

Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır

Çempionlar Liqası: “Fənərbağça”nın rəqibi bəlli olub

Dövlət qurumları bloklanarsa, Makronun istefadan başqa hansı seçimi var?

Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir

Səfir: İtaliya COP29-da əsas qəhrəmanlardan biri kimi iştirak edəcək

İtaliyanın qida və içki sektorlarının təbliğinə həsr olunmuş silsilə tədbirlər keçirilib VİDEO

Xəzər rayon prokurorluğunda qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb

“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli Toplantı işini panel iclaslarla davam etdirir

“Bir, iki, bizimki” tamaşası Lənkəran Dövlət Dram Teatrında nümayiş olunub

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib

Bakıda 
“COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

Budapeşt Ursula Fon der Lyayenin namizədliyini dəstəkləməyəcək

Dövlət Proqramı çərçivəsində 2024–2025-ci tədris ili üzrə sənəd qəbulu başa çatır

Danimarka Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Valter Fast: Yüksək Səviyyəli 29-cu Toplantı fikir mübadiləsi üçün çox vacib tədbirdir

Balakəndə 4 ton çətənə kolu məhv edilib

Türkiyədə Ayasofya məscidinin elektron surəti yaradılıb

Həbib Mikayıllı: Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcək

Rusiya ATƏT Parlament Assambleyasının işində iştirakını dayandırmağı planlaşdırır

Azərbaycan ağırlıqqaldıranı 2 qızıl medalla Avropa çempionu olub

Qazaxıstanda neft-qaz sənayesinin dekarbonizasiyasına həsr olunan ilk konfrans keçiriləcək

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək

“28 May” Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir

Dövlət Komitəsinin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndələri ilə görüşüb

Balakən sakini çayda üzərkən boğulub

Azərbaycan klubu Fransa millisinin sabiq futbolçusunu transfer edib

BMT Baş katibinin müavini: Bəşəriyyətimiz hərəkətsizliyə və iqlimə görə fəlakətin astanasındadır

Bu ilin əvvəlindən 30 mindən çox xarici vətəndaş Rusiya ərazisindən çıxarılıb

Rusiya və KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb VİDEO

Yalçın Rəfiyev: COP29 komandası iyul ayında yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır

Mərdəkanda qətl törədilib

Hikmət Hacıyev: Azərbaycan dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biridir VİDEO

Oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb

İsmayıl Serageldin: Azərbaycanın COP 29-a ev sahibliyi bizi məmnun edir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçiriləcək

ÜST-ün Baş direktoru: İqlim dəyişikliyi probleminin həlli üçün təcili birgə fəaliyyət lazımdır

Mark Rutte NATO-nun rəhbəri vəzifəsinə keçmək ərəfəsindədir

Avro-2024: Qrup mərhələsində II turun oyunları başlayır

Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır VİDEO

Bakı metrosunun “Bakmil” stansiyasında hərəkət cədvəli yenilənib

AEBA Baş direktorunun müavini: Bugünkü fəaliyyətimiz planetin gələcək nəsillərinin gələcəyini müəyyənləşdirəcək

Son beş ayda DSMF-nin xərcləri 2 milyard 853 milyon manat təşkil edib

Konfrans Liqası: “Sabah” və “Sumqayıt”ın rəqibləri bəlli olacaq

Hikmət Hacıyev: Fransanın Cənubi Qafqazda həyata keçirdiyi siyasət sülh gündəliyinin irəli aparılmasına heç bir halda töhfə vermir VİDEO

DİN: İtkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib

Yazıçı Adil Quliyevin “Xüsusi təyinatlı” romanının təqdimatı keçiriləcək

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Avropa Liqası: “Zirə” üçün 4 potensial rəqib

Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür

Faktiki hava: Əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb

“Qarabağ”ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

Maria Fernanda Espinoza: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

DİN: Dünən ölkə ərazisində 105 kiloqrama yaxın narkotik aşkarlanıb