COP29
Yalçın Rəfiyev: COP29 komandası iyul ayında yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır
![Yalçın Rəfiyev: COP29 komandası iyul ayında yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır](/files/2024/2/1200x630/17187898154309159105_1200x630.jpeg)
Bakı, 19 iyun, AZƏRTAC
COP29 komandası iyulun ikinci yarısında Azərbaycanda yeni beynəlxalq tədbir təşkil etməyi planlaşdırır. İqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək üçün tərəfləri daha qeyri-rəsmi şəraitdə bir araya gətirmək üçün bu vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Çağırışın statusunun icmalı” mövzusunda panel müzakirələr zamanı deyib.
O bildirib ki, dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam edir. Dünya ictimaiyyəti havanın temperaturunun 1,5 dərəcəyə qədər yüksəlməsi ilə bağlı Paris sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir.
Baş danışıqçı 2023-cü ilin tarixdə ən isti il olduğunu da diqqətə çatdırıb.