“Sumqayıt”ın baş məşqçisi: “Fehervar”la oyunda sərfəli nəticə əldə edib, səfərə rahat yollanmaq istəyirik
Bakı, 19 iyun, AZƏRTAC
Fikrimcə, rəqibimiz kifayət qədər güclü komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü barədə danışarkən deyib.
Mütəxəssis Macarıstanın “Fehervar” komandası ilə oyuna uduzmaq üçün çıxmayacaqlarını bildirib: “Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda 5 komandadan hansı ilə qarşılaşsaq işimizin asan olmayacağını bilmək olurdu. Qarşıda bir aydan çox vaxtımız var. Rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticə əldə edib, səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd edək ki, II təsnifat mərhələsinin görüşləri iyulun 25-də və avqustun 1-də oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]