SİYASƏT
RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır
![RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır](/files/2024/2/1200x630/17188137852383815551_1200x630.jpg)
Moskva, 19 iyun, AZƏRTAC
Rusiya 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalar çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu proses, o cümlədən saxlanılan bütün şəxslərin geri qaytarılması və mübadiləsi, mədəni-tarixi irs obyektlərinə ehtiyatlı münasibət, habelə itkin düşmüş vətəndaşların axtarışı üzrə ixtisaslaşmış qurumlar və ictimai təşkilatlar xətti ilə məlumat mübadiləsi kimi humanitar məsələlərin həllini nəzərdə tutur", – deyə Zaxarova əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva