COP29
Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir
![Maimuna Mohd Şərif: İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir](/files/2024/2/1200x630/17187951424650924469_1200x630.jpeg)
Bakı, 19 iyun, AZƏRTAC
İqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşları zəruridir. Fikrimcə, ən sürətli, ən yaxşı yol bu cür tədbirlərin təşkilidir. Bu baxımdan Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini vurğulamaq istəyirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının 2018-2024-cü illərdə icraçı direktoru xanım Maimuna Mohd Şərif “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində təşkil edilən “Balanslaşdırma, azaltma, uyğunlaşma və dayanıqlıq” mövzusunda panel müzakirələri zamanı söyləyib.
"Daha yaxşı qlobal dəyişiklik üçün biz suallarımıza bu platformada cavab tapa bilirik. Xüsusilə təkrar emalda istifadə etdiyimiz bütün əşyaların iqlim dəyişikliyinə təsiri var. Daha xoşbəxt nəsil üçün təkliflərimiz çoxdur. Bunun üçün sülh mühitinə ehtiyacımız var”, - deyə o vurğulayıb.