CƏMİYYƏT
Cinayət törətdiyinə görə tutulmuş əcnəbi vətəndaşın daha 8 evdən oğurluq etməsi müəyyən edilib
Bakı, 31 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, D.Qoqiçaişvilinin ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 35-ci və 36-cı polis bölmələri əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində daha 8 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.