DÜNYA


Co Bayden Ağ ev administrasiyasında növbəti dəyişiklik barədə açıqlama verib

Co Bayden Ağ ev administrasiyasında növbəti dəyişiklik barədə açıqlama verib

Bakı, 3 fevral, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden Ağ evin Milli İqtisadi Şurasının direktoru Brayan Dizin vəzifədən gedəcəyini açıqlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ölkədə işsizlik və iqtisadi böhranın öhdəsindən Diz ilə birlikdə gəldiyini deyib.

ABŞ-ın son iki ildə iqtisadi-siyasətinin həyata keçirilməsində Dizin xidmətlərini qeyd edib, onun ABŞ iqtisadiyyatının bərpasında mühüm rol oynadığını söyləyib.

Co Bayden Milli İqtisadi Şuranın yeni direktorunun kimliyi barədə isə hələ ki, danışmayıb.

Xatırladaq ki, yanvarın 27-də o, Ağ Evin aparat rəhbəri Ron Klainin vəzifəsini tərk etdiyini açıqlamışdı və Ceff Zientsin isə həmin vəzifəyə təyin olunacağını demişdi.

Artıq dünəndən Ceff Zients Ağ Evdə aparat rəhbəri vəzifəsinin icrasına başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.