MƏDƏNİYYƏT


“Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi elan edilib

Bakı, 13 mart, AZƏRTAC

“Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalı “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə hekayə müsabiqəsi elan edir.

Redaksiyadan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etməklə tarixi şəxsiyyətlərdən və ya müəllif təxəyyülünün məhsulu olan obrazlardan söz açan müasir hekayələr təqdim etmək mümkündür.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 2018-ci il aprelin 10-dək [email protected] ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

- Müəllifin adı və soyadı (təxəllüsü)

- Müəllifin əlaqə nömrəsi

- Hekayə “Times New Roman” şrifti ilə “word” proqramında ən azı 2000, ən çoxu 5000 işarə sayında (boşluqsuz) olmalıdır.

Hekayələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Ustad” jurnalının xüsusi buraxılışında dərc ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.