CƏMİYYƏT


DİN Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialara cavab verib

Bakı, 2 avqust, AZƏRTAC

Xəzər rayonunun Binə qəsəbəsində yaşayan qadının polis tərəfindən təzyiqə məruz qalması ilə bağlı iddialar yayılıb.

Həmin iddialara cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev AZƏRTAC-a bildirib ki, ölkəmizdə dini adət-ənənələr, inanclı insanların əqidələrinə hörmət və ehtiram həyat tərzidir. Bu dəyərlərin kənardan kimlərsə tərəfindən qəsdən pozulmasına yönələn cəhdlər var və buna imkan verilməyəcək.

Polis xalqdan ayrı deyil, biz bu xalqın övladlarıyıq, hər bir vətəndaşın inancına və dünyagörüşünə ehtiram göstərilir.

Binə qəsəbəsində yaşayan qadının polis haqqında iddiaları əsassızdır, ona qarşı heç bir təzyiq edilməyib. Radikal dini şüarların təbliği, ictimai yerlərdə hansısa yazıların və dövlət bayrağından başqa digər bayraqların qaldırılması yolverilməzdir.

Bütün bunları nəzərə alaraq, həmin şəxslərlə polis tərəfindən müvafiq izahedici söhbətlər aparılmaqla islami tələblərin yerinə yetirilməsində dünyəvi dəyərlərə əməl olunması, qanun və qaydalara riayət edilməsi tövsiyə olunub. Polis tərəfindən qanun və qaydaları pozmayan şəxslərə qarşı hansısa hüquqi-profilaktik tədbir görülmür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.