CƏMİYYƏT


DİN: Bu il 3 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

DİN: Bu il 3 tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Bakı, 5 dekabr, AZƏRTAC

Daxili işlər orqanları tərəfindən 2022-ci ilin əvvəlindən bu günədək 3 ton 320 kiloqram müxtəlif növ narkotik vasitə və 323 kiloqram psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində küllü miqdarda narkotik vasitə və psixotrop maddənin paytaxt ərazisinə gətirilərək realizə edilməsinin qarşısı alınıb.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı paytaxt sakini İlham Səmədov narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və yaşadığı Suraxanı rayonu ərazisindəki evindən 24 kiloqram, o cümlədən 7 kiloqram heroin, 8 kiloqram marixuana, 6 kiloqram metamfetamin və 3 kiloqram həşiş-qatranı aşkarlanıb.

İlkin sorğu zamanı İlham Səmədov narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Biləsuvar rayonu ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakıya gətirdiyini bildirib. Aparılan araşdırmalar nəticəsində İ.Səmədovun ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.