DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA XATİRƏ TƏDBİRİ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvarın 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Akademiyanın rektoru professor Seyfəddin Qəndilov çıxış edərək, 20 Yanvar hadisələrinin mahiyyətindən danışmış, faciə qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi xüsusi vurğulanmışdır.
Tarix elmləri doktoru Xəqani Məmmədov, professor Səttar Səfərov və başqaları çıxışlarında imperiya ordusunun Bakıda və digər şəhər və rayonlarımızda törətdiyi vəhşiliklərdən danışmış, bu faciənin heç vaxt unudulmayacağını bildirmişlər.
Sonra tələbələrin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.