CƏMİYYƏT
DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA YAP İLK PARTİYA TƏŞKİLATININ YIĞINCAĞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, təşkilatın sədri Mayıl Əliyev məruzə ilə çıxış edərək, hesabat dövründə görülən işlərdən danışmışdır. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının və Milli Məclisin regional məsələləri daimi komissiyasının sədri Zahid Qaralov YAP-a üzv olan gənclərin qarşısında duran vəzifələrdən söhbət açmışdır.
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş, YAP üzvlərinə nailiyyətlər arzulamışdır.
Yığıncaqda ilk təşkilatın yeni heyəti və Səbail rayon təşkilatının növbəti konfransına nümayəndələr seçilmişdir.
YAP sıralarına qəbul olunmuş gənclərə üzvlük vəsiqələr təqdim olunmuşdur.