D.Peskov: Türkiyə zəlzələnin fəsadlarını aradan qaldırmaq iqtidarındadır
AzerTAg.az

Moskva, 9 fevral, AZƏRTAC
Türkiyədə baş vermiş zəlzələ bu ölkədə qaz qovşağının yaradılması layihəsinin icrasını bir qədər təxirə salır.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
O bildirib ki, hazırda qaz qovşağı məsələsinin Türkiyə üçün prioritet olmaması anlaşılandır. Lakin bu layihə ləğv olunmur, sadəcə, təxirə salınır.
Kremlin rəsmisinin sözlərinə görə, Rusiya əmindir ki, Türkiyə zəlzələnin yaratdığı fəlakətin nəticələrini aradan qaldırmaq iqtidarındadır. Türkiyə zərərçəkənlərə lazımi yardımı göstərəcək, dağılmış binaları bərpa edəcək. D.Peskov əlavə edib ki, Rusiya da daxil olmaqla çox sayda ölkələr bu işdə Türkiyəyə yardımçı olacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var