CƏMİYYƏT


DSX-nin Akademiyasında yanğına səbəb elektrik xəttində qısaqapanma olub?

DSX-nin Akademiyasında yanğına səbəb elektrik xəttində qısaqapanma olub?

Bakı, 6 dekabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda yanğının baş verməsinə ilkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir.

Bu barədə DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib.

Qeyd edilib ki, Akademiyanın şəxsi heyəti tərəfindən görülmüş ilkin tədbirlər və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunmuş əməkdaşlarının operativliyi və peşəkarlığı nəticəsində yanğın qısa zamanda tam söndürülüb.

Hadisə nəticəsində şəxsi heyət arasında üç nəfər tüstünün təsirinə məruz qalıb, müvafiq tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Yanğın zamanı əsas korpusun dam örtüyünün 50 kvadratmetrlik hissəsinə ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.