CƏMİYYƏT


DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularının dəfn mərasimi keçirilir

Bakı, 1 dekabr, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçuların dekabrın 1-də İkinci Şəhidlər xiyabanında dəfn mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.