İDMAN
Daşkənddə böyüklər arasında güləş üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirilib
Çempionatda dünyanın 100 ölkəsindən 24 çəki dərəcəsində 800-dən artıq idmançı iştirak edir.
Turnirdə hər üç güləş növü üzrə Azərbaycan yığması da iştirak edir.
Yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycanı Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Cunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Saman Təhmasibi (85 kq), Şalva Qadabadze (98 kq) və Sabah Şəriyəti (130 kq) təmsil edirlər.
Sərbəst güləş üzrə Azərbaycan yığmasının tərkibində Axmednabi Qvartzatilov (57 kq), Hacı Əliyev (61 kq), Maqomed Muslimov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Əşrəf Əliyev (74 kq), Həmzət Osmanov (86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) çıxış edəcəklər.
Qadınların mübarizəsində Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç (60 kq), Raqnetta Qurbanzadə (63 kq) və Nadya Sementsova (69 kq) yarışlara qatılıblar.
Yarışların ilk günündə sərbəst güləş üzrə çıxış edən idmançılarımız 57, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.
Yarışlar sentyabrın 15-də başa çatacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd