CƏMİYYƏT
“Davam”ın təşkilatçılığı ilə gənclərin ilk çimərlik futbolu kuboku keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı, Azərbaycan Çimərlik Futbol Federasiyası və Park Bulvarın birgə təşkilatçılığı ilə çimərlik futbolu üzrə gənclərin ilk kuboku keçirilib.
“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, “Gənclərin çimərlik futbolu kuboku” layihəsinin məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi və asudə vaxtlarının səmərəli keçirilməsidir.
Turnirlə bağlı ictimai müraciət elanı verildikdən sonra 200-dən çox gənc iştirak hüququ qazanmaq üçün qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 6 komanda formalaşıb.
Komandalar formalaşdırıldıqdan sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində püşkatma mərasimi keçirilib.
Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, Azərbaycan Çimərlik Futbol Federasiyasının direktoru Rüfət Həsənov və “Motivator Azerbaijan”ın rəhbəri Rüfət Həsənovun iştirakı ilə baş tutan püşkatma nəticəsində turnirin rəqib komandaları məlum olub.
Qeyd olunub ki, iyulun 26-28-də isə çimərlik futbolu üzrə qrup mərhələsi keçirilib.