CƏMİYYƏT


Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub

Bakı, 1 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına nəzarət edilməsi, işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 18 əməkdaşı “Vətən uğrunda” medalı, 7 əməkdaşı isə “İgidliyə görə” medalı ilə təltif ediliblər.

Prezidentin digər Sərəncamı ilə Daxili İşlər Nazirliyinin dörd əməkdaşına polis general-mayoru ali xüsusi rütbəsi verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.