İQTİSADİYYAT


“DəmirBank” biznesin inkişafı üçün sərfəli kredit təklif edir

Bakı, 3 sentyabr (AZƏRTAC). “DəmirBank” sentyabrın 1-dən “Artdıqca sərfəli” kredit aksiyasına start verib.

Aksiyada sahibkarlar dövriyyə vəsaitlərinin artırılması, yeni avadanlıqların alınması və digər məqsədlər üçün müraciət etdikləri kredit məbləği artdıqca, daha yüksək faiz endirimi ala biləcəklər.

Bankdan AZƏRTAC-a bildirilib ki, aksiya müddətində 5 min manat biznes krediti almaq üçün banka müraciət edən bütün müştərilərə 5 faizə qədər endirim tətbiq ediləcək. Müştəri götürdüyü hər 100 manat məbləğə görə mövcud kredit faiz dərəcələrində 0,1 faiz güzəşt əldə edə bilər.

Aksiya oktyabrın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.