ELM VƏ TƏHSİL
“Dərs vaxtı”nın mayın 25-i üçün cədvəli müəyyənləşib
Bakı, 23 may, AZƏRTAC
“Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin mayın 25-i üçün nəzərdə tutulan cədvəli müəyyənləşib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, həmçinin Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.