SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstana səfərə gəlib
Tbilisi, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 12-də Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, F.Muradovun Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, parlamentin müxtəlif komitə sədrləri, Gürcüstanın Patriarxı II İlya və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri, xarici işlər, mədəniyyət, barışıq və vətəndaş bərabərliyi, elm və təhsil nazirləri ilə görüşləri nəzərdə tutulub.
Bundan başqa, Fuad Muradov səfirlikdə Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının üzvləri, eləcə də azərbaycanlı və gürcü ziyalılar, Tbilisinin meri Kaxa Kaladze, Bolnisi, Dmanisi, Qardabani, Marneuli, Tetrisxaro, Zalqa, Laqodex, Saqareco, Telavi, Kaspi, Msxeti rayonlarının rəhbərləri, SOCAR-ın Gürcüstandakı baş ofisində azərbaycanlı tələbələrlə görüşəcək, dini və mədəniyyət ocaqlarını ziyarət edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi