İQTİSADİYYAT


“Digital Girls – Milli Təlim Proqramı” üzrə onlayn təlimlərə qeydiyyat başlayıb

Bakı, 4 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və UNESCO-nun təşəbbüsü və dəstəyi, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə baş tutan “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” sosial layihəsi uğurla icra olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd ölkəmizdə qadınların rəqəmli bacarıqlarının və şəxsi inkişafının dəstəklənməsidir. Layihə xüsusi karantin rejimi dövründə onlayn formatda təlimlərin keçirilməsi ilə davam etdirilir.

Növbəti təlimlər iyunun 9-10-da Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş və Şabran şəhərlərində, iyunun 11-12-də isə Bakı şəhərində yaşayan məktəbli qızlar və gənc xanımlar üçün təşkil olunacaq. Adıçəkilən regionlarda yaşayan məktəbli qızlar və gənc xanımlar təlimlərə qatılmaq üçün bu link (https://iktlab.az/digitalgirls/reg.html) vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat iyunun 7-də saat 18:00-da başa çatacaq.

“İKT LAB” təlimçiləri tərəfindən keçirilən 2 günlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilir. Həmçinin qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olurlar. Təlimlərin aktiv iştirakçılarına sertifikat və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihə əsas tərəfdaşı olan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə ölkənin müxtəlif regionlarında uğurla həyata keçirilir. Eyni zamanda, layihəyə müxtəlif şəhər və rayonların yerli icra hakimiyyəti orqanları, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.