Dilçilik İnstitutunun elmi işçiləri attestasiyadan keçiblər
AzerTAg.az
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq elmi işçilərin attestasiyası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu məsələ əvvəlcə Elmi şurada müzakirə edilib, işçilərin siyahısı, müvafiq sənədlər, eləcə də attestasiyanın keçirilmə vaxtı tərtib olunub.
Attestasiya zamanı elmi işçilərin hər birinin son 5 ildə (2017-2022-ci illər) fəaliyyəti nəzərdən keçirilib, onların müvafiq şöbələrdə yerinə yetirilən elmi işlərdə iştirakları, üstünlükləri, tutduqları vəzifəyə uyğun gəlib-gəlmədikləri müəyyənləşdirilib. Hər bir elmi işçinin gələcək fəaliyyətinə dair tövsiyələr verilib.
Qeyd edək ki, bir ay ərzində institutun 94 elmi işçisi attestasiyadan keçirilib, 15 nəfər vəzifədə irəli çəkilib.

Xəbərin mətnində orfoqrafik səhv var