İQTİSADİYYAT
Dizel yanacağının istehsalı 4,4 faiz artıb
Bakı, 15 avqust, AZƏRTAC
Cari ilin yeddi ayında Azərbaycanda 1 milyon 304,1 min ton dizel yanacağı, 715,9 min ton avtomobil benzini, 159,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 280,3 min ton ağ neft, 41,8 min ton yanacaq mazutu, 14,7 min ton sürtkü yağları, 172,4 min ton neft bitumu və 126,9 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-iyul aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 821,6 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 0,9 faiz azalıb.
Neft məhsullarından neft bitumunun istehsalı 30,2 faiz, sürtkü yağlarının istehsalı 18,5 faiz, dizel yanacağının istehsalı 4,4 faiz, avtomobil benzininin istehsalı 0,3 faiz artıb. Neft koksunun istehsalı 12,1 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı 6,6 faiz, ağ neftin istehsalı 20,1 faiz, yanacaq mazutunun istehsalı 34 faiz azalıb.