ELM VƏ TƏHSİL


Doktorant və dissertantlar elmi məqalələrin yazılması barədə məlumatlandırılıb

Bakı, 15 yanvar, AZƏRTAC

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə muzeyin yeni doktorant və dissertantları üçün akademik yazı ilə bağlı praktik tövsiyələri ehtiva edən “Elmi məqalələrin yazılması, jurnal seçimi və çapa təqdim edilməsi üçün praktik tövsiyələr” adlı onlayn seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, iclasda Gənc alim və mütəxəssislər şurasının sədri Dilbər Hüseynova 2020-ci ildə şuranın təşkilatçılığı ilə keçirilən tədbirlərin, eləcə də üzvlərin fərdi şəkildə gördükləri işlər barədə hesabatların qənaətbəxş olduğunu söyləyib. O qeyd edib ki, COVID-19 pandemiyası səbəbindən ənənəvi iş rejimi olmamasına baxmayaraq, muzeyin gənc alimlərinin yerli və xarici jurnallarda məqalə çapı, beynəlxalq və yerli konfranslarda iştirakı ötən ildə də yetərli olub. Vurğulanıb ki, gənc alimlərin, xüsusən də yeni qəbul olan doktorant və dissertantların fəallığını daha da artırmaq, elmi nəşrlərini bir qədər də sürətləndirmək üçün praktik xarakterli maarifləndirici seminar keçirilməsi qərara alınıb.

Tədbirdə əsas məruzəçi olaraq çıxış edən Gənc alim və mütəxəssislər şurasının üzvü Kəmalə Nuriyeva lazımi ədəbiyyatın toplanması, elmi məqalənin yazılması, düzgün jurnalların seçilməsi və çapa təqdimi ilə bağlı praktik metodlarla bağlı tövsiyələrini verib.

Seminarda onlayn rejimdə işləyən ölkə kitabxanaları, “Google Scholar”, “ORCİD” kimi beynəlxalq platformalardan istifadə imkanları müzakirə edilib.

Sonda doktorant və dissertantların sualları şuranın təcrübəli üzvləri tərəfindən cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.