İQTİSADİYYAT


Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Bakı, 28 oktyabr, AZƏRTAC

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.