DÜNYA
Dörd ayda Gürcüstanın xarici ticarət dövriyyəsi 3,8 milyard dollar olub
Tbilisi, 13 may, AZƏRTAC
Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 3 milyard 806,1 milyon ABŞ dolları təşkil edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb. Bildirilir ki, hesabat dövründə xarici ticarətdə ixracın həcmi 1 milyard 133,4 milyon dollar olub. İdxal isə 2 milyard 726,7 milyon dollar təşkil edib.
Dörd ayda Gürcüstanın ticarət balansında 593,3 milyon dollar mənfi saldo yaranıb. Bu, xarici ticarətin 41,3 faizinə bərabərdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]