İQTİSADİYYAT


Dörd elektrik stansiyasında təmir-bərpa işləri üçün “Azərenerji” ASC-yə 30 milyon manat ayrılıb

Bakı, 17 dekabr, AZƏRTAC

“Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işləri üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 30 milyon manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 17-də “Elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama görə, “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərenerji” ASC-yə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.