CƏMİYYƏT


Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi batmış gəmidəki vətəndaşlarımızın taleyi ilə maraqlanmaq üçün dərhal müvafiq tədbirlər görüb VİDEO

Bakı, 7 yanvar, AZƏRTAC

Türkiyədə qəzaya uğrayan gəmidəki Azərbaycan vətəndaşlarından biri həlak olub.

Dövlət Dəniz Agentliyindən AZƏRTAC-a bildirilib ki, yanvarın 7-də 16:50–də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda, həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.

Məlumatda qeyd olunub ki, gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.