ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi yeni qəbul qaydaları ilə bağlı Qubada seminarlar təşkil edib

Bakı, 8 oktyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) yeni qəbul qaydaları ilə bağlı Quba şəhərində elmi-metodiki seminarlar keçirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə bu qurumun şöbə müdiri Afiqə Batıyeva buraxılış və qəbul imtahanlarının yeni qaydaları haqqında məlumat verib və müəllimləri maraqlandıran sualları cavablandırıb.

Azərbaycan dili fənni üzrə seminarda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov buraxılış (9 və 11-illik təhsil bazaları əsasında) və qəbul imtahanlarında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqramlar haqqında məlumat verib, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları ilə bağlı təqdimatla çıxış edib.

Coğrafiya fənni üzrə seminarda BDU-nun dosenti Nərminə Seyfullayeva, fizika fənni üzrə seminarda Bakı Modern Təhsil Kompleksinin müəllimi Əlövsət Rəcəbli qəbul imtahanında mənimsənmə səviyyəsi yoxlanıla biləcək alt standartlar, proqram haqqında məlumat verərək test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə təqdimatla çıxış ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Seminarlarda müzakirə edilmiş məsələlər haqqında iştirakçıları maraqlandıran suallar DİM-in əməkdaşları və fənlər üzrə ekspertlər tərəfindən cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.