CƏMİYYƏT


Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, həmçinin qurumun digər rəhbər işçiləri vətəndaşlarla fərdi qaydada görüşüblər.

Məcburi köçkünlərin müraciətləri əsasən, mənzil-məişət problemlərinin həlli, məşğulluğun təmin edilməsi, vahid aylıq müavinətin verilməsi, kommunal xidmətlər və digər məsələlərlə bağlı olub.

Məcburi köçkünlərə bir daha izah edilib ki, bu kateqoriyadan olan vətəndaşların yeni mənzillə təminatı mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, bu məqsədlə yeni yaşayış kompleksləri inşa edilir. Eyni zamanda, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakıda və Sumqayıtda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə tapşırıqların icrasını şəxsən nəzarətdə saxlayır.

Həmçinin məcburi köçkünlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.