CƏMİYYƏT


Dövlət Komitəsinin sədri Gəncədə vətəndaş qəbulu keçirib

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 12-də Gəncədə vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşlar iştirak ediblər. Əksəriyyəti həmin ərazilərdə müvəqqəti məskunlaşan məcburi köçkünlərin müraciətlərində dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və Böyük Qayıdışa hazırlıq məsələləri üstünlük təşkil edib.

Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qəbulda bir daha xatırladılıb.

Qəbulda, həmçinin dövlətimizin başçısının işğaldan azad edilən ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqların icra vəziyyəti barədə vətəndaşlara məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər üçün yaşayış sahələri yalnız işğaldan azad edilən ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. Mərhələli qaydada aparılacaq qayıdış zamanı yeni mənzillərə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələr köçürüləcək.

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyasına uyğun salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsinin başa çatdığı, kənddə 41 məcburi köçkün ailəsinin yerləşdirildiyi qeyd edilib. Bildirilib ki, Ağalıya əhalinin köçürülməsi davam etdiriləcək.

Qəbul zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub.

Dövlət Komitəsinin sədri müraciətlərdə qaldırılan digər məsələlərin qısa müddətdə araşdırılacağını və müvafiq tədbirlərin görüləcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.