ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Mübariz İbrahimovun keçdiyi şərəfli döyüş yolundan danışıb, onun göstərdiyi igidliyin hər bir gəncə örnək olduğunu deyib.
Rektor qəsbkar ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.
Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Milli Qəhrəman Mübariz İbrahimovun Vətənə, doğma torpağa sonsuz sevgisindən bəhs edib, onun xatirəsinin ürəklərdə daim yaşayacağını bildirib.