ELM VƏ TƏHSİL
Dövlət peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 4 mindən çox vətəndaş sənəd verib
Bakı, 9 avqust, AZƏRTAC
2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir.
Artıq sənəd qəbulunda 4 mindən çox vətəndaş qeydiyyatdan keçib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulu “ASAN xidmət” mərkəzlərində ödənişsiz formada həyata keçirilir. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.
Dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilərlər.
Sənəd qəbulu avqustun 26-da baş çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:57]
BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər
- 26.04.2024 [12:53]
Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur
- 26.04.2024 [12:49]
“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir
- 26.04.2024 [12:42]
“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə
- 26.04.2024 [12:30]
Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib
- 26.04.2024 [12:28]