ELM VƏ TƏHSİL


“Dövlət qulluğu” jurnalının beşinci nömrəsi çapdan çıxıb

Bakı, 14 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının beşinci nömrəsini nəşr etdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydaları”, “Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlar üçün təlimat”, “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar”, “Dövlət orqanları üzrə inzibati vəzifələrə təyin olunmuş şəxslərin siyahısı (iyulun 1-dək)” və digər zəruri məlumatlar dərc edilib.

Jurnalı DİM-in Yasamal rayonu, M.Müşfiq küçəsi, 1m və Nəsimi rayonu, A.Salamzadə küçəsi 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.