ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 746 nəfər qeydiyyatdan keçib
Bakı, 5 fevral, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə fevralın 17-də keçiriləcək test imtahanında iştirak etmək üçün qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 5-nə olan məlumata görə, 746 nəfər qeydiyyatdan keçib.
İmtahan iştirakçıların sayından asılı olaraq kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahan kompüter vasitəsilə aparılacağı təqdirdə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. Kağız daşıyıcılar vasitəsilə aparılacağı təqdirdə isə imtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.
Xatırladaq ki, qeydiyyat fevralın 10-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:55]
“Qafqazdan dünyaya doğan günəş” - tədbir
- 10.05.2024 [15:29]
Ümummilli Lider Heydər Əliyevin ideyaları daim yaşayacaq
- 10.05.2024 [15:16]
Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib
- 10.05.2024 [14:23]
Müstəqilliyimizi əbədi və dönməz edən Ulu Öndər
- 10.05.2024 [14:21]
MEK Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi təqdim edir
- 10.05.2024 [14:09]