CƏMİYYƏT


Dünya Ərzaq Fondunun prezidenti: Son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır

Bakı, 18 iyun, AZƏRTAC

Dünyada 3 milyard insan kifayət qədər ərzaqla təmin oluna bilmir.

AZƏRTAC xəbər verir ki, bunu Dünya Ərzaq Fondunun prezidenti Barbara L.Stinson IX Qlobal Bakı Forumu çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sektorunun dəyişməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son illərdə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət çox acınacaqlıdır. “Bizim üçün təkcə qidanın kəmiyyəti deyil, keyfiyyət və əlçatanlığı da önəmlidir. Ərzaq təhlükəsizliyinin təmini üçün COVID-19 pandemiyası, iqlim dəyişmələri və münaqişələrin qarşısının alınması üçün tədbirlər görülməlidir. Qlobal qida təhlükəsizliyi çağırışlarının həllərini aşkarlamalıyıq”, - deyə Dünya Ərzaq Fondunun prezidenti vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.