MƏDƏNİYYƏT
Dünya Turizm Günü ilə əlaqədar videoməlumat hazırlanıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının böyük metodisti Fəridə Cəfərova Dünya Turizm Günü ilə əlaqədar videoməlumat hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumatda turizmin inkişafı Azərbaycanda iqtisadi tərəqqi, eləcə də yüksəlişin mühüm amili kimi qeyd olunub. Videoməlumatda vurğulanıb: “Ümummilli lider Heydər Əliyev bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirib. Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaradıb. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapıb”.