DÜNYA


Dünyada koronavirusa yoluxanların sayı 95 milyon nəfəri ötüb

Bakı, 18 yanvar, AZƏRTAC

Dünyada koronavirusa (COVID-19) yoluxanların sayı 95 milyon nəfəri ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 95 milyon 3 min 533 nəfərə çatıb. Onlardan 2 milyon 29 min 938 nəfəri ölüb.

Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ (23 milyon 928 min 643), Hindistan (10 milyon 557 min 985) və Braziliyada (8 milyon 488 min 99) qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.