DÜNYA


Dünyada ötən sutka ərzində 2,4 milyondan çox insan koronavirusa yoluxub

Bakı, 25 yanvar, AZƏRTAC

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,4 milyon nəfərdən çox olub.

AZƏRTAC pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 407 min 902 nəfər yeni koronavirusa yoluxub, 6 min 627 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 355 milyon 430 min 756, ölənlər isə 5 milyon 622 min 870 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (465 min 154 nəfər) və bu xəstəlikdən ölüm faktı (1193 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (72,9 milyon), Hindistan (39,7 milyon), Braziliya (24,1 milyon), Fransa (16,8 milyon), Böyük Britaniya (15,9 milyon), Rusiya (11,1 milyon) və Türkiyədə (11 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.