SİYASƏT


Düsen Kaseinov: Türkdilli dövlətlər arasında əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

Bakı, 9 iyun, AZƏRTAC

Türkdilli dövlətlər arasında siyasi, iqtisadi, mədəni sahələrdə və parlamentlərarası əlaqələrin inkişafı və daha da dərinləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iyunun 9-da Atatürk Mərkəzində “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda deyib.

Türkdilli dövlətlərinin 1990-cı illərdən sonra böyük inkişaf yolu keçdiyini qeyd edən Düsen Kaseynov bildirib ki, ölkələrimiz arasında əməkdaşlıq üçün münasibətlərin genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, TÜRKSOY-un yaradılması da məhz bu məqsədə xidmət edir.

Türkdilli dövlətlər arasında dostluq əlaqələrinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi qeyd edən Düsen Kaseinov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər hamımızın qələbəsidir. Müstəqilliyimiz daimi olsun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.